Aydın Əliyev: “İllik proqnozlar yerinə yetiriləcək”

Aydın Əliyev: “İllik proqnozlar yerinə yetiriləcək”
Want create site? Find Free WordPress Themes and plugins.

Bəzi ölkələrin və dünya iqtisadiyyatında baş verən böhrana baxmayaraq, Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) illik proqnozların yerinə yetirilməsini tam təmin edəcək.

“A24.az” məlumat verir ki, bunu DGK sədri Aydın Əliyev deyib: “Qarşımıza qoyulan tapşırıqların yerinə yetirilməsi bizim borcumuzdur. Bəzi ölkələrdə baş verən iqtisadi böhrana baxmayaraq, yanvar ayında hər hansı proqnoz vermək çətindir. Çünki bu ay idxalın həcmi də böyük olmur. Yeni müqavilələrin bağlanılmasına, o cümlədən, bu ay büdcə təşkilatlarının maliyyələşdirilməsinə başlanılır.

“Bunun üçün xeyli zaman tələb olunur. Yalnız təhlil aparılandan sonra nə isə demək mümkün olacaq. Amma bir ilin göstəricisində biz proqnozları mütləq yerinə yetirəcəyik”,-deyə A. Əliyev bildirib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar