Aydın Xırdalanlı aparıcı Nanənin iç üzünü açdı: "Utanmaz-utanmaz..." - VİDEO

Aydın Xırdalanlı aparıcı Nanənin iç üzünü açdı: “Utanmaz-utanmaz…” – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bir neçə gün öncə ATV telekenalında yayımlanan “ATV şou” verilişində qonaq olan meyxanaçı Aydın Xırdalanlı şouda baş verən qalmaqalla bağlı açıqlama verib.

Bu barədə A24.Az-a danışan meyxanaçı verilişdə ona qarşı edilən hörmətsizlikdən söz açıb. Proqramın çəkiliş komandasından və aparıcı Nanədən şikayətlənən A. Xırdalanlı efiri tərk etməsinə aydınlıq gətirib.

“Verilişdə mənə dedilər ki, Elza Seyidcahanın şeirlərindən meyxanalar deyəcəyik. Bu məni ələ salmaq idi. Baxırsan, şeirlər heç əruza yaxın deyil. Bir qafiyəni yola verdim. Sonra narazılıq elədim. Bir az gözlədim. Bildim mənə imkan verməyəcəklər danışmağa. Buna görə verilişdən çıxıb getdim. Arxamca nələr danışmadılar ki?! Birincisi, deyərlər, işi var idi, getdi. Uzaq başı yüngülvari deyərlər özünü pis hiss elədi. Nanə xanım iki dəqiqədənbir bir deyir ki, Aydınla əlaqə yarada bilmirik . Vəziyyəti pisləşib. Anam da efirdə baxıb narahat olub. Hələ bir səhəri gün mənə zəng edib utanmaz-utanmaz müsahibə almaq istədiklərini deyirlər. Məndə imtina etdim”.

Qeyd edək ki,  verilişdə qonaq olan meyxanaçılar müğənni, bəstəkar Elza Seyidacahanının şeirlərinə uyğun meyxana deməli olublar. Lakin Elzanın şeirlərinə meyxana demək Aydın Xırdalanlının xoşuna gəlməyib. O, buna görə, həmkarlarına və verilişin aparıcısı Nanə Ağamalıyevaya etiraz edib.

Aydın Xırdalanlının A24.Az-a verdiyi geniş müsahibəni tezliklə təqdim edəcəyik.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Ölkə, Manşet, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar