Azər Axşam polisə şikayət etdi - VİDEO

Azər Axşam polisə şikayət etdi – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Barəsində yalan məlumatlar yazılan Azər Axşam polisə şikayət edib.

A24.az-ın məlumatına görə, aktyor bu barədə efir proqramlarından birində danışıb.
Azər Axşam birinci həyat yoldaşını məhkəməyə verib, böyük oğlunu ondan alacağı barədə yazılanları şər-böhtan adlandırıb: “Sosial şəbəkədə səhifə açılıb və mənimlə bağlı xəbərlər dərc edirlər. Yazırlar ki, guya mən demişəm ki, böyük oğlumu anasından alacam. Onun orientasiyası yerində deyil, oğluma pis təsir edəcək. 21 yaşlı oğlanı kim məhkəmə yolu ilə ala bilər? Məni tanımayan insanlar haqqımda ən alçaq, ən aşağı sözlər yazıblar. Sən mənim necə ata olduğumu bilmədən, axi necə o sözləri yaza bilərsən?Polisə müraciət edəcəm. Onu yazıb dərc edənləri və eyni zamanda şərhlərin sahiblərini məhkəməyə verəcəm. Təzminat tələb edəcəm. Rəy bildirməyə ixtiyarınız yoxdur. Mənim necə ata, insan olduğumu bilmədən o, sözləri yazmaq olmaz.

Ailəli adamam, sevdiyim həyat yoldaşım var. Kiçik oğlumla böyük oğlum arasında münasibətləri qoruyub saxlayıram. Deyirəm, sənin böyük qardaşındadır, o da anasıdır, hörmət edin”.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar