Azərbaycan ağırlıqqaldıranı olimpiadada gümüş medal qazanıb - FOTO

Azərbaycan ağırlıqqaldıranı olimpiadada gümüş medal qazanıb – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan ağırlıqqaldıranı Tarmenxan Babayev Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.

A24.az xəbər verir ki, 85 kq çəki dərəcəsində yer alan 16 yaşlı atlet birdən 142 kq, təkanla 174 kq ağırlıq qaldırıb. Nəticədə o, iki hərəkətin cəmində 316 kq nəticə göstərib və yalnız italiyalı Kristiano Cüzeppe Fiççodan 9 kq geri qalıb.

Babayev həm birdən, həm də təkanla qaldırmada da ikinci yeri tutub. Bürünc medalı isə 299 kq (130 kq + 169 kq) ümumi nəticə ilə Səudiyyə Ərəbistanı təmsilçisi Ali Yusef Alotman əldə edib.

Qeyd edək ki, Tarmenxan Babayev, 2002-ci ildə Naxçıvanda anadan olub. “Təhsil” İdman Mərkəzinin nümayəndəsidir. Şəxsi məşqçisi Şəfi Hüseynovdur. Yeniyetmələr arasında Avropa birinciliyinin ikiqat qalibi (2017, 2018), 6 qat rekordçusudur.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar