A24 Xeber

Azərbaycana idxal edilən sementə tətbiq edilən gömrük rüsumu dəyişdirildi

Azərbaycana idxal edilən sementə tətbiq edilən gömrük rüsumu dəyişdirildi
344
08 Noyabr 2018 - 13:08

Azərbaycana idxal edilən süni boyanmış və ya boyanmamış ağ sementə tətbiq edilən gömrük rüsumu dəyişdirilib.

a24.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Qərara əsasən, ölkəyə idxal edilən süni boyanmış və ya boyanmamış ağ sementin tarif dərəcəsi əvvəlki kimi 15 faiz olacaq.

Sənəddə qeyd olunub ki, həmin məhsul kiloqramı üçün bu ilin noyabrın 11-dək 0,07 ABŞ dolları gömrük rüsumu tutulur. Dəyişikliklə bu rüsum ləğv edilib.

a24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00