A24 Xeber

Azərbaycanda arıqlamaq istəyən 18 yaşlı qız faciəli şəkildə öldü – FOTO – TƏFƏRRÜAT

Azərbaycanda arıqlamaq istəyən 18 yaşlı qız faciəli şəkildə öldü – FOTO – TƏFƏRRÜAT
1. 132
06 Dekabr 2018 - 14:48

Ötən gün Yevlax Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişən 2000-ci il təvəllüdlü Sona Vüqar qızı Əliyevanın ölümünün səbəbləri məlum olub.

Xəstəxanadan A24.az-a verilən məlumata görə, xəstənin ölüm səbəbi onun arıqlamaq üçün istifadə etdiyi dərman preparatlarından istifadəsi və xəstəxanaya gec gətirilməsi olub:

“O, uzun müddət imiş ki, arıqlamaq həvəsi ilə yaşayırmış. Arıqlamaq üçün müxtəlif dərman preparatları qəbul edirmiş. Qəbul etdiyi dərmanlar arasında aktivləşdirilmiş kömür deyilən və formula preparatlardan istifadə edib. Valideynlərinin sözlərinə görə, son on gün ərzində bir neçə dəfə “sudurğa” keçirib. Mütəmadi olaraq, halsızlıq baş verirmiş və təzyiqi aşağı düşürmüş. Evdə ilkin tibbi yardım göstərildiyi üçün bu vəziyyətlərdən çıxa bilirmiş. Sadəcə olaraq, xəstə çoxlu dərmanların nəticəsində o qədər arıqlayıb ki, orqanizmində zülal çatışmazlığı əmələ gəlib. Bu zülal çatışmazlığı fonunda da təzyiq aşağı düşüb. Çox ağır vəziyyətdə onu bizim qəbul şöbəsinə gətirdilər. Dərhal reanimasiyaya yerləşdirilib. 7-8 saat aparılan reanimasiyon tədbirlərə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. Çünki onun bütün orqanizmi yox səviyyəsində idi. Xəstəni səhiyyə müəssisəsinə gecikmiş vəziyyətdə gətiriblər”.

Qeyd edək ki, Yevlax rayonunun 2000-cı il təvəllüdlü sakini Sona Vüqar qızı Əliyeva ötən gün Yevlax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00