A24 Xeber

Azərbaycanda bakirə qızı abort etmək mümkündür – Kişi ginekoloqdan ŞOK AÇIQLAMA

Azərbaycanda bakirə qızı abort etmək mümkündür – Kişi ginekoloqdan ŞOK AÇIQLAMA
230
08 Noyabr 2018 - 11:42

Qızlıq pərdəsi qadın genital sisteminin bir parçasıdır.

A24.Az  ginekoloq  (Qadın xəstəlikləri və doğuş uzmanı)dr. Rəşad Sultanın qızlıq pərdəsi haqqında maraq doğuran bütün suallara cavabını diqqətinizə çatdırır.

-Qızlıq pərdəsi nədir?

-Qızlıq pərdəsi vaginal girişi əhatə edən pərdə formasında bir toxumadır. Ən çox görülən forma aypara şəklində olandır. Menstruasiya qanının və axıntının bayıra axmasına icazə verir.

-Bakirə bir qızın hamilə qalması mümkündürmü?

-“Qızlıq pərdəsi tam bir arakəsmə deyil. Qızlıq pərdəsinin tamlığı pozulmadan hamilə qalmaq mümkündür. Bu uşaqlıq yolu ilə xarici mühit arasında, adətən, aypara şəkilində və ortasındə dəlik olan bir pərdədir. O pərdənin tamlığı pozulmadan normal cinsi əlaqə münkün deyil. Amma uşaqlıq yolunun girişinə sperma tökülərsə, həmin qızlıq pərdəsindəki dəlikdən sperma uşaqlıq yoluna, oradan da uşaqlığa və uşaqlıq borusuna keçərək yumurta hüceyrəsini mayalandıra bilər. Anatomik olaraq bakirə qadın qızlıq pərdəsi pozulmadan hamilə qala bilər.

-Bəs, bakirəlik zamanı qızlıq pərdəsi pozulmadan abort mümkündürmü?

-Bu cür müraciətlər olur. Bəli mümkündür. Texniki cəhətdən çətin olsa da qızlıq pərdəsi pozulmadan abort mümkündür. Hamiləliyi pozmaq üçün müxtəlif dərman vasitələrindəndə istifadə etmək olar.

-Bəs, qızlıq pərdəsi öz-özünə bərpa oluna bilərmi?

-Yırtılan pərdənin bədənin digər toxumaları kimi, öz-özünü bərpa etmə xüsusiyyəti yoxdur.

02:46
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00