A24 Xeber

Ötən gün Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişində şok hadisə baş verib. A24.Az xəbər verir ki, kişi qeyri – rəsmi həyat yoldaşı, 6 uşaq anası Aidənin axtarışına çıxıb. Bir müddət davam edən axtarışlardan sonra Aidə studiyaya gəlib. O, əri və baldızı tərəfindən döyüldüyü üçün evdən getdiyini bildirib. Verilişdən kömək istəyən kişi onlarla birlikdə yaşayan iki uşağın uşaq evinə verilməsini istəyib. Bu zaman Aidə uşaqların heç birinin atasının o olmadığını bildirib. Qadının bu açıqlamasından sonra hər kəs şoka düşüb. Aidə bildirib ki, uşaqların heç birinin atası yaşadığı kişi deyil. “6 uşağın hamısı birinci ərimdəndir. Mən onunla tanış olanda, artıq hamilə idim”.

Azərbaycanda BİABIRÇILIQ -Başqa kişidən hamilə qalan qadın sevgilisinə həyatının ŞOKUNU yaşatdı – VİDEO

461