A24 Xeber

00:32

Azərbaycanda yararsız hala düşən orta məktəb binasının görüntüləri sosial mediada müzakirələrə səbəb olub. A24.az xəbər verir ki, Şəki rayonunda lentə alınan təhsil müəssisəsinin görüntüləri ictimaiyyətdə böyük maraq doğurub. Belə ki, təmirə ehtiyacı olduğu görünən Qumux kənd tam orta məktəbin binasının daxili otaqlarının yararsız hala düşməsinə baxmayaraq, hələ də heç bir tədbir görülməyib. Valideynlər sözügedən məktəbdə övladlarının təhsil almasının əleyhinə çıxaraq orta məktəbin təmirə ehtiyacı olduğunu bildiriblər. Eyni zamanda, sinif otaqlarının məktəblilər üçün real təhlükəyə çevrildiyi vurğulanır. A24.az həmin görüntüləri təqdim edir:

Azərbaycanda bu məktəbi görənlər şoka düşür – VİDEO

299