A24 Xeber

Azərbaycanda dini münasibətlərin tənzimlənməsi ilə bağlı yeni qanun hazırlandı

Azərbaycanda dini münasibətlərin tənzimlənməsi ilə bağlı yeni qanun hazırlandı
319
05 Dekabr 2018 - 12:14

Azərbaycanda dini sferada münasibətlərin tənzimlənməsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb.

A24.az “Report”a istinadən xəbər verir ki, yeni qanun layihəsinin “Dini etiqad azadlığı və dini qurumlar haqqında” adı ilə yaxın zamanlarda ilk oxunuşda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə iclasında müzakirəyə çıxarılması gözlənilir.

Yeni qanun layihəsi hazırda qüvvədə olan, 1992-ci ildə qəbul edilən “Dini etiqad azadlığı haqqında” qanunu əvəz edəcək. Yeni qanun layihəsinin MM-in 2019-cu il yaz sessiyasında plenar müzakirəyə çıxarılması nəzərdə tutulur.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00