A24 Xeber

Azərbaycanda general istefa verdi (FOTO)

Azərbaycanda general istefa verdi (FOTO)
329 oxunma
10 Aprel 2020 - 12:19

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə general-mayoru Fuad Cavadov istefa verib.

A24.Az “Qafqazinfo”ya istinadən məlumat verir ki, F. Cavadov işləmək istəmədiyini bildirib və öz istəyinə uyğun olaraq vəzifəsindən azad olunub.
Artıq Ədliyyə naziri Fikrət Məmmədov bu vəzifəyə təyinat edib. Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin keçmiş rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə general-mayoru İlqar Cəfərov Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi təyin olunub.
Ədliyyə Nazirliyindən “Qafqazinfo”ya məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, F. Cavadov eyni zamanda Mərkəzi Seçki Komissiyasının üzvüdür. 

ÇOX BAXILAN FOTOLAR