Azərbaycanda kəskin qrip yayılıb? - Baş epidemioloq açıqladı

Azərbaycanda kəskin qrip yayılıb? – Baş epidemioloq açıqladı
Want create site? Find Free WordPress Themes and plugins.

Hava şəraitindəki kəskin dəyişmələr kəskin respirator virus xəstəlikləri tez-tez müşahidə edilir. Ümumi halsızlıq, qrip əlamətləri, boğaz ağrısı, burun tutulmaları əlamətləri həm uşaqlar, həm də böyüklərdə müşahidə edilir.

Artıq səhiyyə naziri Oqtay Şirəliyev də “2018-2019-cu ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərlə bağlı əmr imzalayıb.

Əmrdə əhali arasında qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələrin aparılması, qripə yoluxması ehtimal olunan xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadə edilməsi tapşırılıb.

Bəs hazırda ölkəmizdə qrip və kəskin respirator virus xəstəlikləri ilə bağlı vəziyyət necədir:

Azərbaycan Tibb Universitetinin epidemiologiya kafedrasının müdiri, baş epidemioloq İbadulla Ağayev bildirib ki, hazırda respublikada qrip infeksiyası ilə bağlı heç bir təhlükə yoxdur:

“Respublika ərazisində heç bir yoluxucu xəstəlik müşahidə edilmir.Səhiyyə Nazirliyinin tabeliyində olan bütün tibb müəssisələri normal işləyir, hər hansı göstəriş olarsa, həmin halı aradan qaldırmağa hazırıq. Son günlər bəzi bölgələrdə kəskin respirator və qrip xəstəliyinin kütləvi şəkildə müşahidə edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Düzdür, mövsümlə əlaqədar müraciətlər var, lakin bunlar kütləvi hal daşımır. Bəzi məlumatlarda bölgələrdə insanlar arasında xəstəliyin kütləvi hal alması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.

İ.Ağayev qripdən qorunma üsullarına da toxunub:

“Qripə yoluxmada əsas səbəb insanların özüdür.Səhiyyə Nazirliyi ev-ev gəzərək insanlara soyuqdan qorunmaq və şəxsi gigiyena qaydalarına əməl etməyi tapşıra bilməz. Hər bir şəxs sanitariya qaydalarına əməl etməlidir. Hava soyuyan kimi geyimlər də dəyişməlidir. Ailədə, işdə xəstə olan şəxslər digərlərindən təcrid edilməlidir. Hər bir insan özü-özünün həkimi olmalıdır. Xəstə olmasına baxmayaraq məcbur qalıb işləyənlər tibbi maskalardan istifadə etməlidirlər. Əks halda ətrafındakı insanları mütləq yoluxdurmuş olacaq. Eləcə də sağlam insanlar özlərini qorumaq üçün maskadan istifadə edə bilərlər. Müəssisə rəhbərləri xəstə halda gələnləri işə buraxmamalıdır. Çünki bir mühitdə olanda mütləq digərləri də yoluxmuş olacaq. Xəstələnən şəxslər sahə həkimlərinə müraciət edib, yalnız həkim təyinatından sonra müalicədə başlamalıdırlar”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar