A24 Xeber

Azərbaycanda karantin rejimi qaydaları sərtləşdiriləcək – AÇIQLAMA

Azərbaycanda karantin rejimi qaydaları sərtləşdiriləcək – AÇIQLAMA
1. 578 oxunma
13 Aprel 2020 - 10:17

“İndiyə qədər Operativ Qərargah tərəfindən mövcud vəziyyət təhlil olunaraq qabaqlayıcı tədbirlərin nəticəsində bizdə yoluxmalar və ölümün sayı başqa ölkələrlə müqayisədə aşağı olaraq qalmaqdadır. Həkimlərin səyi nəticəsində xəstələri həyatda saxlamaq mümkün olur”.

A24.Az-ın xəbərinə görə, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov son vəziyyətlə bağlı açıqlamasında deyib.

“Bəzən azalma müşahidə olunsa da, növbəti artım əvvəlki artım səviyyəsini üstələyir. Yoluxma sayı da sağalma sayından yüksək olaraq qalıb. Bu tendensiya isə tələb edir ki, yeni qabaqlayıcı addımlar atılsın”.

O, bildirib ki, həkimlər də yoluxmanın qarşısının alınması üçün təcridin çox mühüm olduğunu deyir.

Qeyd edək ki, bu günə qədər icazə-e-gov.az portalına müraciət edərək hərəkətlərinə icazə verilmiş 47 min nəfərin icazəsi artıq ləğv edilib.

ÇOX BAXILAN FOTOLAR