Azərbaycanda kreditlərlə bağlı yeni qaydalar - DİQQƏT!

Azərbaycanda kreditlərlə bağlı yeni qaydalar – Diqqət!
Want create site? Find Free WordPress Themes and plugins.

Məlum olduğu kimi, ölkə prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək qurumun tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və onun vəsaitlərindən istifadə qaydası təsdiq edilib.

A24.Az xəbər verir ki, bu barədə Nazirliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, yeni qaydalara əsasən, güzəştli kreditlərdən daha səmərəli istifadə edilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6%-dən 5%-ə endirilib. Eyni zamanda yeni qaydalarda orta həcmli kreditlərin maksimal həddi 1 mln. manata qədər artırılıb.

Yeni qaydaların tətbiqi sahibkarların güzəştli maliyyə resurslarına çıxışına, qeyri-neft istehsalının və ixracının genişlənməsinə, istehsal xərclərinin azalmasına, məhsulun maya dəyərinin aşağı düşməsinə, yeni istehsal sahələrinin yaradılmasına, özəl bölmənin dövlət dəstək mexanizmlərindən daha geniş istifadəsinə, həmçinin beynəlxalq təcrübənin və innovativ yanaşmaların öyrənilərək sahibkarlara daha faydalı təklif və tövsiyələrin verilməsinə, eləcə də maarifləndirmə işlərinin genişləndirilməsinə əlavə imkanlar yaradır.

Artıq yeni qaydalarla müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlıq subyektlərinə 5,3 mln. manat güzəştli kredit verilib. Bu kreditlər, əsasən, aqroparkın, müasir istixana və heyvandarlıq komplekslərinin yaradılmasına, tikinti materialları, mebel, çörək istehsalı, quşçuluq, bağçılıq, arıçılıq, əkinçilik və s. sahələrin inkişafına yönəldiləcək və 200-dən çox yeni iş yerlərinin yaradılmasına imkan verəcək.

Ümumilikdə isə, bu ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinə 117,3 mln. manat güzəştli kredit verilib ki, bu layihələrin reallaşdırılması nəticəsində 7 700-dən çox yeni iş yerlərinin açılması mümkün olacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar