Azərbaycanda mollalara avtomobil paylandı - FOTO

Azərbaycanda mollalara avtomobil paylandı – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Prezident İlham Əliyevin Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 11 sentyabr 2018-ci il tarixli Sərəncama əsasən oktyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunda  14 dini icmaya “Khazar SD” markalı avtomobillərin açarları təqdim edilib. 

Komitədən A24.az-a verilən məlumata görə, mərasimdə Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi və Himayəçilər Şurasının üzvləri iştirak ediblər. Noyabr ayında isə növbəti 7 dini icmaya avtomobillərin verilməsi nəzərdə tutulub.

Tədbirdə çıxış edən icma sədrləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, sözügedən Sərəncama uyğun olaraq bundan əvvəl Naxçıvan Muxtar Respublikasında 4 dini icmaya “NAZ Lifan 330” markalı avtomobillər verilib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Ölkə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar