A24 Xeber

Azərbaycanda partlayış – 3 məktəbli ağır yaralandı – SON DƏQİQƏ

Azərbaycanda partlayış – 3 məktəbli ağır yaralandı – SON DƏQİQƏ
1. 795
08 Dekabr 2018 - 23:55

Masallı rayonunda fərdi yaşayış evlərinin birində baş verən partlayış nəticəsində 3 uşaq ağır xəsarət alıb.

A24.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün 20:30 radələrində rayonun Sığıncaq kəndində Müseyibov Əbülfəz Ədalət oğluna məxsus fərdi yaşayış evində baş verib. Belə ki, iki mərtəbəli evin birinci mərtəbəsində baş verən partlayış nəticəsində ev sahibinin iki oğlu və onun qayınının oğlu ağır yaralanıb.

Yaralılar – 2005-ci il təvəllüdlü Əli Əbülfəz oğlu Müseyibov, 2011-ci i təvəllüdlü Məhəmməd Əbülfəz oğlu Müseyibov  və onların dayısı oğlu 2008-ci il təvəllüdlü Kənan Rauf oğlu Kərimov təcili tibbi yardım maşını Masallı Rayon Mərkəz Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən Respublika Yanıq Mərkəzinə aparılıb.

Hadisə nəticəsində evin birinci mərtəbəsi yararsız hala düşüb. Əraziyə cəlb olunan Masallı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən partlayışdan sonra baş verən yanğının qarşısı alınıb.

İlkin ehtimala görə, partlayış qaz sızmasından baş verib.

Faktla bağlı araşdırma aparılır.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00