Azərbaycanda qadın ərinə başqa kişi ilə XƏYANƏT ETDİ

Azərbaycanda qadın ərinə başqa kişi ilə XƏYANƏT ETDİ
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını yandıraraq öldürməkdə təqsirləndirilən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

A24.Az xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən təqsirləndirilən şəxs qeyd edib ki, keçmiş arvadı başqa şəxslə ona xəyanət edib:

“Sosial şəbəkədə də kiminləsə danışırdı. Araşdırdım və həmin adamı da tapdım. Sonra boşanmaq üçün məhkəməyə müraciət etdim və boşandıq. Onu öldürmək istəmirdim. Lakin ondan bu hərəkəti niyə etdiyini öyrənmək istədim. Benzin alıb, onun işlədiyi yerə getdim. Məqsədim benzini onun üzərinə töküb sifətini yandırmaq idi ki, tanınmaz hala düşsün. Mağazaya girib benzini üzünə tökdüm və onu yandırdım. Həmin zaman polisin gələcəyini düşündüm və oradan uzaqlaşdım”.

İttihama görə, hadisə bu il aprel ayında Bakının “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən “Manat Shop” mağazanın qarşısında baş verib. Həmin ünvanda M.Müzəffərov həyat yoldaşı Aytəkin Müzəffərovanın başına bezin tökərək onu yandırıb. Qadın hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, təqsirləndirilən şəxsə 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Trend

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar