Azərbaycanda şagird məktəbi bir-birinə qatdı - 9 nəfər xəstəxanaya yerləşdirildi

Azərbaycanda şagird məktəbi bir-birinə qatdı – 9 nəfər xəstəxanaya yerləşdirildi
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə şagirdlər bibər qazından zəhərlənib.

A24.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov “Report”a açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, hadisə ilə əlaqədar ora Təcili Tibbi Yardım Stansiyasının 4 həkim briqadası göndərilib. Təcili Tibbi Yardım avtomobilləri məktəbdən 9 şagirdi götürərək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirib: “Uşaqlar 10-12 yaş arasındadırlar. Onların vəziyyətləri stabildir”.

76 nömrəli tam orta məktəbdən “Report”adaxil olan məlumatda isə bildirilib ki, oktyabrın 10-u saat 10:30 radələrində tənəffüs vaxtı 6-ci sinif şagirdlərindən biri digər sinif yoldaşı ilə birgə (müvafiq səbəblərə görə şagirdlərin adı qeyd olunmur) məktəbin dəhlizində gözyaşardıcı qaz buraxıb: “Tənəffüs vaxtı olduğu üçün digər şagirdlər də gözyaşardıcı qazdan təsirləniblər. Dərhal uşaqlar təxliyə olunub. Şagirdlərə ilkin tibbi yardım göstərilib”.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar