Azərbaycanın dövlət strukturlarına haker hücumları edildi

Azərbaycanın dövlət strukturlarına haker hücumları edildi
Want create site? Find Free WordPress Themes and plugins.

“MuddyWater” haker qruplaşması Azərbaycanın dövlət qurumlarına məqsədyönlü hücumlar edib.

A24.Az Trend-ə istinadən bildirir ki, bu barədə “Kasperski Laboratoriyası”nın məqsədyönlü hücumlar haqqında icmalında deyilir.

İcmalda Azərbaycan Daxili İşlər Nazirliyinə hücum üçün yaradılmış fişinq sənədinin nümunəsi göstərilib.

“MuddyWater” haker qruplaşması 2017-ci ildə meydana çıxıb və əvvəlcə Səudiyyə Ərəbistanı ilə İranın hökumət obyektlərini hədəf alıb. Daha sonra onlara Azərbaycan, Türkiyə, Pakistan, İordaniya, Yaxın Şərq, Avropa ölkələri və ABŞ-ın dövlət strukturlarına yönəlib.

Hakerlərin hücumu 2018-ci ilin mayından daha aktivləşib, hücumlar indi də davam edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Redaktor Seçimi, Gündəm, Texnologiya, Banner
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar