AZAL-dan iki gün öncə şəhid olan gəncin ailəsinə hörmətsizlik - Dəfnə getmək üçün bilet vermədi

AZAL-dan iki gün öncə şəhid olan gəncin ailəsinə hörmətsizlik – Dəfnə getmək üçün bilet vermədi
Want create site? Find Free WordPress Themes and plugins.
Azərbaycan Hava Yolları şirkəti (AZAL) iki gün öncə şəhid olan Tural Həşimlinin ailəsinə Naxçıvana uçmaq üçün bilet verməyib.
A24.Az xəbər verir ki, bu barədə jurnalist Naibə Qurbanova sosial şəbəkədə məlumat paylaşıb. Onun sözlərinə görə, şəhidin nəşini alan ailənin yalnız 5 üzvünə bilet verə bildiklərini deyiblər.
Qalan ailə üzvləri isə aereportda gözləmək məcburiyyətində qalıblar.
Jurnalistin paylaşdığı bu məlumat sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib və şəbəkə istifadəçiləri AZAL-ın vətən uğrunda şəhid olan əsgərimizin ailəsinə göstərdiyi münasibət tənqid edilib. //azxəbər//
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar