AZAL-dan növbəti narazılıq

AZAL-dan növbəti narazılıq
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı aeroportunda namaz otağının olmaması  bir sıra dindarlar üçün problem yaradıb.

A24.Az-a da müraciət edən bır sıra dindar vətəndaşlar Heydər Əliyev Beynəlxalq Aeroportunda namaz qılmaq üçün xüsusi otağın olmamasından şikayətləniblər.

Aeroport ən müasir standartlara cavab versə də, göründüyü kimi, hava limanının ərazisində dindarların ibadəti üçün xüsusi məkanın nəzərdə tutulmaması narahatlıq və narazılıq doğurur.

Doğrudanmı, Heydər Əliyev Beynəlxalq Aeroportunda dindarların rahatlığını təmin etmək üçün namaz qılmağa şərait yaratmaq bu qədər çətindir?

Bu məsələ ilə bağlı müraciət etdiyimiz AZAL mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski A24.Az-ın sualına konkret cavab verməkdən yayınaraq, öz “tövsiyə”sini çatdırmaqla kifayətlənib:

“Siz bizə bununla əlaqədar yazılı müraciət edin, sizin müraciəti AZAL-ın müvafiq strukturuna göndərib, daha sonra münasibət bildirərik”.

P.Kəsəmənskinin aydınlıq gətirməsi çətin olmayan bir məsələni bu qədər qəlizləşdirməsinin səbəbi anlaşılmır.  Axı burada söhbət AZAL-ın hansısa qrandioz layihəsinə dair ciddi dəqiqləşdirmə tələb edən məqamlardan getmir. Mövzu AZAL-ın dindar vətəndaşların rahatlığının təmin olunmasına nə dərəcədə həssas yanaşmasıdır. AZAL rəsmisinin şəxsində bu “həssas”lığı belə gördük…

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar