Azarkeş “Fenerbahçe”nin kubokunu oğurladı – VİDEO

Türkiyədə “Fenerbahçe”nin çempionluq kubokunu oğurlayan bir şəxs ərazidən uzaqlaşmaya çalışarkən təhlükəsizlik xidmətinin işçiləri tərəfindən saxlanılıb.

“A24.az”ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, “Fenerbahçe” stadionunun yaxınlığında yerləşən muzeyə gələn bir şəxs bir tərəfdən “neçə ildir bu kuboku gözləyirik!” deyə qışqırıb, digər tərəfdən başıyla kubokların mühafizə edildiyi kabinənin şüşəsini qırıb.

Kuboklardan birini alan şəxs ərazidən uzaqlaşmağa çalışarkən təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən yaxalanıb. Polis tərəfindən nəzarət altına alınan şəxsin 1978-ci il təvəllüdlü trabzonlu Halit Şahin olduğu məlum olub.

Baş verənlərdən sonra muzeyin ziyarətçilər üçün müvəqqəti bağlandığı bildirilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR