Azarkeşi vuran ulduz futbolçu diskvalifikasiya olunacaq

Azarkeşi vuran ulduz futbolçu diskvalifikasiya olunacaq
Want create site? Find Free WordPress Themes and plugins.

“Marsel”in müdafiəçisi Patris Evranı ciddi cəza gözləyir.

A24.az-ın Apasport.az-a istinadən məlumatına görə, buna səbəb veteran futbolçunun Avropa Liqasının qrup mərhələsində “Vitoriya” ilə qarşılaşmada azarkeşi vurmasıdı.

Belə ki, Portuqaliyada baş tutan matçdan əvvəl 36 yaşlı cinah oyunçusu öz komandasının azarkeşləri ilə mübahisə edib. Nəticədə əsəblərinə hakim ola bilməyən Evra bir azarkeşin ayağına zərbə vurub. Bunu diqqətdən qaçırmayan baş hakim Evraya qırmızı vərəqə göstərib. Nəticədə ehtiyatda oturmalı olan fransalı tribunaya göndərilib.

Məsələ ilə bağlı araşdırmaya başlayan UEFA-nın İntizam Komitəsi noyabrın 10-da qərarını açıqlayacaq. Qitə futbol qurumunun onu ən azı 5 oyunluq diskvalifikasiya etməsi gözlənilir.

Qeyd edək ki, “Gimaraeş” – “Marsel” oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar