Azay Quliyev ATƏT PA-nın sessiyasında Ermənistanı barbar adlandırıb

Azay Quliyev ATƏT PA-nın sessiyasında Ermənistanı barbar adlandırıb
Want create site? Find Free WordPress Themes and plugins.

ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev iyulun 5-də Minskdə ATƏT PA-nın 26-cı illik sessiyasında çıxış edərək Ermənistanın silahlı qüvvələrinin atəşi nəticəsində iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin qətlə yetirilməsi faktını sərt şəkildə qınayıb və həlak olmuş şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verib.

A24.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azay Quliyev deyib: “Erməni silahlı birləşmələri qəsdən mülki əhalini hədəfə alaraq iki günahsız insanı – Sahibə Quliyeva və 2 yaşlı Zəhra Quliyevanı qətlə yetirib. Bu Ermənistanın Azərbaycan xalqına qarşı olan barbar və vəhşi hərəkətidir. ATƏT PA bu qəddar hücumları kəskin şəkildə pisləməlidir. Münaqişələrdə belə hallara heç vaxt icazə verilməməlidir. Düşünürəm ki, bu hərəkət azərbaycanlı mülki əhaliyə qarşı olan qəsdən, məqsədli şəkildə törədilmiş hücumdur. Bu kimi hallar beynəlxalq humanitar hüququn və insan hüquqlarının pozulmasıdır və birbaşa olaraq 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının müddəalarına və cəbhə xəttində uşaqların, mülki əhalinin hüquqlarını müdafiə edən digər əlavə protokollara ziddir. Minsk qrupunun həmsədrləri bu məsələ ilə məşğul olmalı və belə qəddar hücumları pisləməlidir, dərhal bu kimi hücumları dayandırmaq üçün addım atmalıdır”.

Azay Quliyev bu gündən etibarən bütün hərbi və siyasi məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirərək ATƏT PA-nın bu insidentlə bağlı səssiz qalmamasının və gələcəkdə cəbhə xəttində belə halların baş verməməsi üçün müvafiq addımlar atılmasının vacibliyini vurğulayıb.

Qətlə yetirilən mülki şəxslər barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı və onların şəkilləri sessiyada ATƏT PA-nın üzvlərinə paylanılıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Siyasət, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar