“AzDrama”da direktor vəzifəsindən azad olundu

azdraAkademik Milli Dram Teatrının sərəncamçı direktoru Natiq Gülməmmədov vəzifəsindən azad olunub.

A24.Az xəbər verir ki, Mədəniyyət və Turizm Naziliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bununla bağlı müvafiq əmr imzalayıb.

Nazirin digər əmri ilə N. Gülməmmədov A. Şaiq adına Dövlət Kukla Teatrına direktor müavini təyin olunub.

Şöbədən bildiriblər ki, bu, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindəki mədəniyyət müəssisələri daxilində aparılan müvafiq kadr dəyişikliklərindən biridir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR