Azərbaycan avtomobil idxalını 50 faizdən də çox azaldıb

2015-ci il yanvar-sentyabr aylarında Azərbaycana 22 915 avtonəqliyyat vasitəsi idxal olunub.

a24.az” bildirir ki, ötən ilin eyni dövründə bu göstərici 47 984 ədəd olub. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin statistik hesabatında deyilir.

Hesabata əsasən, 9 ay ərzində idxal edilən maşınların 20 386 ədədi avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2014-cü ilin eyni dövründə bu göstərici 43 496 ədəd təşkil edib.

Bundan başqa, hesabat dövründə ölkəyə 1584 yük avtomobili idxal edilib. Bu rəqəm 2014-cü ilin eyni dövründə 3946 ədəd olub.

İdxal olunan avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələrinin payına düşüb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR