Azərbaycan bayrağı söküldü, Mübariz Mənsimov əsəbləşdi: "Ciyərini sökərəm!"

Azərbaycan bayrağı söküldü, Mübariz Mənsimov əsəbləşdi: “Ciyərini sökərəm!”
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Bodrum şəhərində Azərbaycanla bağlı xoşagəlməz durum yaşanıb.

Yenicag.az xəbər verir ki, bu, bir vaxtlar azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus olan “Palmarina” istirahət mərkəzi ilə bağlıdır.

Məsələ burasındadır ki, sözügedən məkan Mənsimovun nəzarətində olduğu vaxtlar istirahət mərkəzinin girişinə Azərbaycan bayrağı ilə bəzədilmiş paytaxtımız Bakının loqosu həkk olunmuşdu. Lakin, 2015-ci ildə “Palmali” şirkətlər qrupunun prezidenti Bodrum Yalıkavakda tikdirdiyi, şəhərin incisi sayılan “Palmarina”nı “Edition” hoteli ilə birlikdə paket şəklində Rusiyada yaşayan iş adamı, “Lukoil”in prezidenti Vahid Ələkbərova (gizli ortaqları ilə birlikdə) satıb. Bundan sonra azərbaycanlılar tərəfindən işlədilən məkanın önündəki bayrağımızla bəzədilmiş loqo sökülüb. Bu isə Mənsimovun ciddi qəzəbinə səbəb olub. Bu barədə şəxsi “İnstagram” hesabında paylaşım edən “Palmali”nin şefi etirazını “Azərbaycan bayrağına hörmətsizlik edənin ciyərini sökərəm” yazmaqla bildirib. Bundan başqa o, bayrağımızın yalnız ermənilərin gözünə “girə” biləcəyini qeyd edib.

Qeyd edək ki, Mənsimov “Palmarina”nı satdıqdan sonra istirahət mərkəzi ilə bağlı müştərilərin şikayətləri çoxalıb. Mübariz bəy isə məhz buna görə sözügedən istirahət mərkəzini geri almaq qərarına gəlib. O, 2018-ci ildən yenidən “Palmarina”nın sahibi olacaq. Məlumatı Türkiyə mətbuatına açıqlamasında Mənsimovun özü də təsdiqləyib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar