Azərbaycan bu silahlarla düşməni "cəhənnəm alovu"na qərq edəcək- Bu gün Rusiyadan gətirilən silahların SİYAHISI - FOTOLAR

Azərbaycan bu silahlarla düşməni “cəhənnəm alovu”na qərq edəcək- Bu gün Rusiyadan gətirilən silahların SİYAHISI – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

A24.Az Müdafiə Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Bakı limanına artilleriya və raket sistemləri üçün gətirilən çoxlu sayda mərmilər, raketlər və digər hərbi-texniki əmlak düşmənin döyüş vasitələrinin, mühəndis-istehkam qurğularının, canlı qüvvəsinin və geniş ərazidə obyektlərinin dəqiq zərbə ilə məhv edilməsi üçün nəzərdə tutulub.

İki ölkə arasında hərbi-texniki əməkdaşlığa əsasən və Müdafiə Nazirliyinin rəsmi saytında göstərilən video və fotolardan da məlum olur ki, Rusiyadan ölkəmizə bu dəfə gətirilən döyüş sursatı TOS-1A “Solntsepyok” ağır reaktiv odsaçan sisteminin raketləridir. Raketləri taktiki-texniki xüsusiyyətləri bunlardır: 220 mm çaplı raketin kütləsi 217 kq-dır. Raketin uzunluğu 3723 metrdir. Atış məsafəsi maksimal 6 km, minimum isə 1.6 km təşkil edir. Qeyd edək ki, Azərbaycan Ordusunun arsenalında 2010-ci ildən yer alan “cəhənnəm silahı”ndan (“TOS-1A” “Solntsepyok” ağır reaktiv odsaçanlardan) ilk dəfə Silahlı Qüvvələrimiz 2016-cı ilin “aprel savaşı”nda istifadə edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar