Azərbaycan əhalisinin ən çox bəyəndiyi və tənqid etdiyi nazirliklər - SİYAHI/ANALİZ

Azərbaycan əhalisinin ən çox bəyəndiyi və tənqid etdiyi nazirliklər – SİYAHI/ANALİZ
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin oktyabr ayı üzrə analiz işini yekunlaşdırıb.

A24.Az Media Təqib Mərkəzinin monitorinqinə əsasən, nazirliklər ilə bağlı oktyabr ayı üzrə məlumatları təqdim edir.

Belə ki, 2017-ci ilin oktyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda nazirliklər ilə əlaqəli 41262 xəbər yerləşdirilib. Bunlardan 39300-u neytral, 1814-ü müsbət, 148-i isə mənfi xəbərdir.

Müsbət xəbərlər arasında “liderlər”:  Daxili İşlər Nazirliyi ( 1325 xəbər – qanunsuzluqlar aşkar edilib), Fövqəladə Hallar Nazirliyi ( 325 xəbər -FHN: son iki gündə köməksiz qalmış 367 nəfər təxliyə edilib), Ekologiya və Təbii Sərvətlər Nazirliyi ( 91 xəbər -bakıda ağacları qanunsuz kəsən sahıbkar cərımələnıb).

Mənfi xəbərlər arasında lider: Ədliyyə Nazirliyi ( 91 xəbər – Yüksək rütbəli məmurlar işdən çıxarıldı, həbslər var – avtoritetlərə görə), Təhsil Nazirliyi (37 xəbər-Mikayıl Cabbarov istefaya çağrıldı: … arxasında erməniərə işləyən casus dayanır), Gənclər və İdman Nazirliyi ( 16- xəbər vitse-prezidentdən Azad Rəhimova ağır ittihamlar).

Xəbər sayına görə sıralama:

1 Daxili İşlər Nazirliyi 6475 xəbər
2 Müdafiə Nazirliyi 5185 xəbər
3 Təhsil Nazirliyi 3231 xəbər
4 Fövqəladə Hallar Nazirliyi 2803 xəbər
5 Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2490 xəbər
6 İqtisadiyyat Nazirliyi 2359 xəbər
7 Səhiyyə Nazirliyi 2125 xəbər
8 Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2076 xəbər
9 Ədliyyə Nazirliyi 2041 xəbər
10 Xarici İşlər Nazirliyi 1877 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 5077 xəbər dərc edilib.

Bunlardan 4992-si neytral, 79-u müsbət,6-sı isə mənfi xəbərdir.

Müsbət xəbərlər”:  Daxili İşlər Nazirliyi (68 xəbər – qanunsuzluqlar aşkar edilib), Fövqəladə Hallar Nazirliyi (11 xəbər -FHN-in 70 əməkdaşı işə cəlb edildi, 25 nəfəri təhlükəsiz yerlərə təxliyə edildi).

Mənfi xəbərlər arasında lider: Ədliyyə Nazirliyi (6 xəbər – qatardan qaçan məhkumlara altıbucaqlı açarı kim və necə düzəldib?; penitensiar xidmətin üç əməkdaşı saxlanıldı, əsas fiqur penitensiar xidmətin rəis müavini Hüseyn Əlixanovun bacısı oğludur; Etibar Məmmədov və Əli Ağaminin mümkün gizlənmə yerləri…).

Xəbər sayına görə sıralama:

1 Daxili İşlər Nazirliyi 661 xəbər
2 Mədəniyyət və Turizm Nazirliyi 556 xəbər
3 Təhsil Nazirliyi 490 xəbər
4 İqtisadiyyat Nazirliyi 438 xəbər
5 Müdafiə Nazirliyi 423 xəbər
6 Xarici İşlər Nazirliyi 333 xəbər
7 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 264 xəbər
8 Ədliyyə Nazirliyi 255 xəbər
9 Vergilər Nazirliyi 242 xəbər
10 Səhiyyə Nazirliyi 227 xəbər

Oktyabr ayında televiziya kanallarında nazirliklər haqqında 4191 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1 Mədəniyyət və Turizm Nazirliyi 914 xəbər
2 Xarici İşlər Nazirliyi 511 xəbər
3 Müdafiə Nazirliyi 451 xəbər
4 İqtisadiyyat Nazirliyi 368 xəbər
5 Kənd Təsərrüfatı Nazirliyi 293 xəbər
6 Təhsil Nazirliyi 272 xəbər
7 Gənclər və İdman Nazirliyi 244 xəbər
8 Fövqəladə Hallar Nazirliyi 219 xəbər
9 Vergilər Nazirliyi 150 xəbər
10 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 144 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar