Azərbaycan ən yaxşılar arasında- Avrokubokların ən yaxşıları müəyyənləşib

Azərbaycan ən yaxşılar arasında- Avrokubokların ən yaxşıları müəyyənləşib
Want create site? Find Free WordPress Themes and plugins.

Avrokubokların I təsnifat mərhələsinin ən yaxşıları müəyyənləşib.

A24.Az  xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasında baş tutan 110 matçdan sonra 6 ölkə yüz faizlik nəticəyə malikdi.

Bu ölkələr sırasında Azərbaycan da var. Təmsilçilərimiz “İnter”lə “Zirə” keçirdikləri bütün oyunlarda qələbə qazanıb.

Sonuncular Lüksemburq “Differdanj”ına şans verməyib – 2:0, 2:1. “İnter” isə Serbiya “Mladost”undan güclü olub – 3:0, 2:0.

İki komandamız ümumilikdə keçirdikləri 4 matçda 4 qələbə qazanıb. Bu yüz faizlik nəticəni qazanmaq üçün təmsilçilərimiz 9 qol vurub və yalnız 1-ni buraxıb.

Azərbaycan kimi daha üç ölkə 4 oyunda 4 qələbəyə şahid olub. Bunlar Danimarka, İsrail və Polşadı. Ən yaxşı top fərqində Danimarka 1-cidi. “Lyunqbyu” “Banqor”a (Uels) 3:0 və 1:0, “Midtyulland” “Derri Siti”yə (İrlandiya) 6:1 və 4:1 hesabı ilə qalib gəlib.14 top vurub, 2-ni buraxan şimallılar yalnız daha çox fərqləndiyi üçün Polşadan öndədi. Bu ölkədə top fərqi 12:0-dı. “Lex” “Pelister”i (Makedoniya) 4:0 və 3:0, “Yagelloniya” “Dinamo”nu (Batumi, Gürcüstan) 1:0 və 4:0 hesabı ilə yenib.

İsrail isə 3-cüdü. Onlarda top fərqi 12:3-dü.  “Makkabi” (Təl-Əviv) “Tirana”nı (Albaniya) 2:0 və 3:0, “Beytar” isə “Vaşaş”ı (Macarıstan) 4:3 və 3:0 hesabı ilə üstələyib.

Daha iki ölkə mərhələni qələbələri sıralamaqla başa vurub. Lakin Xorvatiya və Lixtenşteyn “dördlük”dən geri qalır. Çünki bu iki ölkənin yalnız bir təmsilçisi meydana çıxıb və 2 qələbə qazanıb. (Fanat.az)

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar