Azərbaycan İlahiyyat İnstitunun açılışı oldu - FOTOLAR

Azərbaycan İlahiyyat İnstitunun açılışı oldu – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan İlahiyyat İnstitunun (Aİİ) açılış mərasimi olub.

“A24.az” “Report”a istinadən xəbər verir ki, mərasimdə Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və ölkədə fəaliyyət göstərən dini icmaların rəhbərləri və məsul şəxsləri iştirak ediblər.

Aİİ-nin rektoru Ceyhun Məmmədov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da bu sahəyə xüsusi qayğı göstərildiyini vurğulayıb. O, Aİİ-nin yaradılmasını Prezidentin dinə, mənəvi dəyərlərə qayğısının ən böyük göstəricilərindən biri olduğunu qeyd edərək bu qərara görə bütün ilahiyyatçılar adından ölkə başçısına təşəkkürünü bildirib.

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək qeyd ediblər ki, Azərbaycan dövləti din xadimlərini daim diqqət mərkəzində saxlayır, onlara qayğı göstərir.

Tədbirdə iştirak edən digər qonaqlar da çıxış edərək Aİİ-nin yaranması münasibətilə xalqı və institut heyətini təbrik edib, yeni təhsil müəssisəsinin quruculucuğu sahəsində görülən işləri təqdir edərək Aİİ rəhbərliyinin bu böyük məsuliyyətin öhdəsindən uğurla gələcəyinə inamlarını ifadə ediblər.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Son Dəqiqə, Din, Təhsil, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar