Azərbaycan İrana yardım təklif edir

Azərbaycan İrana yardım təklif edir
Want create site? Find Free WordPress Themes and plugins.

“İranda baş verən zəlzələ ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti Həsən Ruhani və İran xalqına başsağlığı verib. İran dövləti adından təşəkkürümüzü çatdırırıq”.

A24.Az xəbər verir ki, bunu Apa-ya  İran İslam Respublikasının ölkəmizdəki səfiri Cavad Cahangirzadə deyib.

Səfir bildirib ki, zəlzələdən sonra Azərbaycanın dövlət orqanlarından İrana yardımlar təklif olunub:

“Təklif edilən yardımlarla bağlı İranın aidiyyəti qurumlarını məlumatlandıracağıq”.

Səfir bildirib ki, son məlumatlara görə, İranda baş vermiş zəlzələ nəticəsində ölü sayı 214 nəfərə çatıb, xəsarət alanların sayı isə 1700-dən çoxdur.

Qeyd edək ki, ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kirmanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 14 afterşok qeydə alınıb.

 A24.Az 
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar