Azərbaycan İspaniyanın İT şirkəti ilə əməkdaşlıq edəcək

Azərbaycan İspaniyanın İT şirkəti ilə əməkdaşlıq edəcək
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda keçirilən “Bakutel-2017” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə İspaniyanın “Cibernos” şirkəti arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb.

A24.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, İKT sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsini ehtiva edən müqavilədə “Ağıllı şəhər”, “Əşyaların interneti” kimi layihələr üzrə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

Qeyd edək ki, 50 illik təcrübəyə sahib olan “Cibernos” Avropanın ən böyük texnologiya şirkətlərindəndir və bir sıra Avropa ölkələrinə elektron həllərini təklif edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar