Azərbaycan məhsulları “Gulfood 2017” sərgisində

Azərbaycan məhsulları “Gulfood 2017” sərgisində
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan məhsulları ilk dəfə olaraq Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçiriləcək “Gulfood 2017” sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunacaq.

A24.Az Trend-ə istinadən bildirir ki, İqtisadiyyat Nazirliyin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, 26 fevral – 2 mart tarixlərində keçiriləcək dünyanın ən iri qida sərgilərindən olan “Gulfood 2017” sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan istehsalı olan meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, süd və süd məhsulları, çay, fındıq, konservləşdirilmiş qida məhsulları təqdim ediləcək.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən Dubayda keçiriləcək “Gulfood 2017” sərgisində iştirak edən şirkətlərin seçilməsi üçün müsabiqə keçirilib və 24 şirkət sərgidə iştirak etmək hüququ qazanıb. “Gulfood 2017” sərgisində “Made in Azerbaijan” vahid ölkə stendi Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq olunması haqqında” Fərmanına uyğun olaraq yaradılıb, stendin təşkili xərcləri dövlət tərəfindən qarşılanır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İqtisadiyyat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar