Azərbaycan məhsulları Səudiyyə Ərəbistanı bazarına çıxa bilər

Azərbaycan məhsulları Səudiyyə Ərəbistanı bazarına çıxa bilər
Want create site? Find Free WordPress Themes and plugins.

“Səudiyyə Ərəbistanının bazarına daxil olmaq üçün istehsalın müəyyən mərhələsini Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) salmaq olar”.

A24.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın BƏƏ-dəki ticarət nümayəndəsi Elnur Əliyev deyib.

Onun sözlərinə görə, hazırda BƏƏ böyük həcmdə kənd təsərrüfatı məhsullarının idxalçısıdır: “Bu regionda kənd təsərrüfatı məhsullarının istehsalı çox çətindir. Həmçinin BƏƏ “reexport” imkanlarına malik olan ölkədir. Buna görə də istehsalın bir mərhələsini bura salmaq olar”.

Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu isə Azərbaycanın Çinə böyük ixrac imkanının olduğunu qeyd edib: “Təkcə onu deyə bilərəm ki, bu ilin yanvar-aprel aylarında Çin 560 mlrd. ABŞ dolları məbləğində məhsul idxal edib. Bu gün şərab, meyvə-tərəvəz və başqa sahələrdə ixrac imkanlarımız var”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İqtisadiyyat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar