Azərbaycan millisinin futbolçusunun xanımı: "Bacısının elçiliyində tanış olduq və sevdik…"

Azərbaycan millisinin futbolçusunun xanımı: “Bacısının elçiliyində tanış olduq və sevdik…”
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan millisinin və “Qəbələ”nin hücumçusu Ruslan Qurbanov və həyat yoldaşı Elnara Qurbanovanın “Qafqazinfo”ya müsahibə verib.

A24.az sizə həmin müsahibəni təqdim edir:

 Bizim futbolçular ailəsi ilə birgə müsahibə verməyə, görüntülənməyə çəkinir. Ancaq siz razılıq verdiniz…

– Heç bilmirəm bu suala necə cavab verim? Belə müsahibələr bütün dünyada normal haldır. Yeri gələndə ayrı, bəzən ailə ilə bir yerdə mətbuata danışırsan. Bunda pis heç nə görmürəm. Əksinə, bu daha yaxşıdır ki, vaxtımı ailəmlə, qızımla birgə keçirirəm, hardasa avaralanmıram. Əsas odur, onların canı sağ olsun. Bu, mənimçün hər şeydən artıqdır.

r1

– Necə tanış olmusuz?

– Əmim oğlu ilə Ruslanın bacısı evlidir. Onların elçilik mərasimində tanış olmuşuq. O zaman görüşdük və bir-birimizi sevdik.

r5

– Söhbətin əvvəlində Ruslan dedi ki, sizin atanız azərbaycanlıdır…

– Bəli, atam azərbaycanlı, anam isə ləzgidir. Atam Gürcüstanın Marneuli bölgəsindəndir. Anamla Saratovda tanış olub evləniblər, lakin mən uşaqkən ayrılıblar. Ata tərəfim-nənə, baba, əmilər, bibilərim Bakıda yaşayırlar. Ata qohumlarımla ünsiyyətim var. Nənəm bu yaxınlarda dünyasını dəyişib.

r2

– Gələcəkdə biznes qurmağı düşünürsüz?

– Futbol mənə çox şey verdi. Ancaq hər şeydən öncə mən Allaha minnətdaram. Əlbəttə, gələcəkdə mənə gəlir gətirəcək bir şeylə məşğul olmağı düşünürəm. Ancaq bunun üçün də indi çalışmaq, sərmayə toplamaq lazımdır. Mənə Bakıda elə bir imkan versələr, sevə-sevə istifadə edərəm. Rusiyada da bir şey etməyi düşünürəm. İndi isə mən ailəmə, doğmalarıma kömək edirəm. Gəlir olsun, gələcəkdə biznes də qurmaq olar.

r3

– Siz evdar xanım olmaqdan sıxılmırsınız? Gələcəkdə hansı işdə çalışmaq fikriniz var?

– Ruslan icazə versə, əlbəttə, işləyərəm. Mənim vizaja, saç düzümlərinə, stilist olmağa xüsusi marağım var.

Ruslan Q. O, burda tanınmış gözəllik studiyalarının birində saç ustalığı üzrə kursu bitirib, sertifikat da alıb. İnşallah, gələcəkdə şəxsi gözəllik salonu olsa, işləyər.

r4

– Maraqlıdır, evinizin xanımı olmaqdan başqa nə işlə məşğulsuz?

– Heç bir işlə məşğul olmuram, çünki orta məktəbi bitirən kimi ailə həyatı qurmuşam.

r6

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İdman, Müsahibə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar