Azərbaycan ordusu düşmən arxasında yeni cəbhə açdı: Atəş nöqtələri Ermənistanın içinə yönəldi

Azərbaycan ordusu düşmən arxasında yeni cəbhə açdı: Atəş nöqtələri Ermənistanın  içinə yönəldi
Want create site? Find Free WordPress Themes and plugins.

“Azərbaycanda keçirilən hərbi təlimlər həm qorxutmaq, həm də real müharibə ssenarilərinin həyata keçirilməsinə yönəlib”

“A24.Az” erməni mətbuatına istinadən xəbər verir ki, bunu hərbi ekspert və kəşfiyyatçı Vova Vartanov deyib.

Vartanovun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvəlləri genişmiqyaslı təlimləri 19-dan 24-dək davam edəcək.

“23 min şəxsi heyət təlimlərdə iştirak edir. Bu şərait döyüşlərin başlamasını yaxınlaşdıracaq. Təlimlər real döyüşlərə yaxın olacaq. Bir növ sonuncu repirisiya kimi qiymətləndirmək olar. Onlar(Azərbaycan) müxtəlif ssenariləri yerinə yetirirlər. Azərbaycan Gürcüstanı da təlimlərə cəlb edir. Onlar da istəmədən bunu qəbul edirlər”, – deyə Vartanov əlavə edib.

Ekspert bir məsələni xüsusi qeyd edib: “Bu il Azərbaycan tərəfi şəxsi heyəti döyüş bölgələrinə gətirmək üçün uçuş vasitələri və pilotlardan istifadə tendensiyasını başlayır. Bu onların özlərinə əminliyini göstərir”.

Ekspert vurğulayır ki, Naxçıvanda təlimlərin keçirilməsi nümunədir: 12-16 may Azərbaycan və Türkiyə silahlı qüvvələri Naxçıvanda birgə taktik təlimləri keçirdi. Naxçıvanda təlimlərin keçirilməsi onu göstərir ki, biz yalnız “Qarabağ”da deyil, Syünikdə, Vaysdzorskidə və başqa ərazilərdə də hazırlıqlar görməliyik. Yalnız ordu hazırlamaq lazım deyil, baş verən hadisələrin ssenarisinə uyğun ictimaiyyəti də hazırlamalıyıq”, – deyə V.Vartanov qeyd edib.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Son Dəqiqə, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar