Azərbaycan Ordusu ilə bağlı Nazirlikdən AÇIQLAMA

Azərbaycan Ordusu ilə bağlı Nazirlikdən AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Müdafiə Nazirliyi: “Ermənistan tərəfi kağız üzərində  “qəhrəmanlıqla”  məşğuldur”

Müdafiə Nazirliyindən A24.Az-ın sorğusuna cavab olaraq bildiriblər ki, Ermənistan sosial səbəkələrində yalan və dezinformasiya xarakterli məlumat paylaşılıb. Bildiririk ki, Ermənistan tərəfinin iddia etdiyi vəzifədə Natiq Qurbanov soyadlı hərbi qulluqçumuz ümumiyyətlə xidmət etmir.

Düşmən təbliğat maşınının belə ucuz dezinformasiya xarakterli xəbərlərdən istifadə etməsi suda boğulanın saman çöpündən imdad ummasına bənzəyir. Uğursuz cəhdlər edən düşmən tərəfi özünü kağız üzərində və virtual məkanda “qəhrəman” kimi göstərmək istəyir.

Xəbər verildiyi kimi, 16-17 iyun tarixlərində Ermənistan silahlı qüvvələri 6 hərbi qulluqçusunu itirib. Düşmən çoxsaylı yaralıları isə məcbur qalaraq hər gün bir adla ortalığa çıxramqla daxili auditoriyanı sakitləşdirməyə cəhd edir”.

Qeyd edək ki, Ermənistanın sosial şəbəkələrində erməni silahlı birləşmələrinin Azərbaycan hərbçisini vurmaları barədə məlumat yayılıb. Vurulan hərbçinin Natiq Qurbanov olduğu bildirilir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Son Dəqiqə, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar