Azərbaycan pasportu ilə vizasız gedə biləcəyiniz ölkələr – SİYAHI

Azərbaycan pasportu ilə vizasız gedə biləcəyiniz ölkələr – SİYAHI
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan vətəndaşlarının pasport ilə vizasız gedə biləcəyiniz ölkələrin siyahısı açıqlanıb.

A24.Az “Ölkə.Az”a istinadən xəbər verir ki, bütün təqdim olunan vizasız və ya birbaşa sərhəddə viza verən ölkələrə səyahət etmək üçün hər kəsin yanında qüvvədə olan ümumvətəndaş pasport (Xarici pasport) olmalıdır.

Oxuculara Azərbaycan vətəndaşlarının vizasız və ya birbaşa sərhəddə viza alaraq səfər edə biləcəkləri ölkələri təqdim edirik. Siyahıdakı ölkələrin qarşısında (sərhəddə) qeydi olarsa, demək həmin ölkəyə gedərkən viza sərhəddə təqdim edilir.

Avropa:

Albaniya, Belarus, Bosniya və Herseqovina, Gürcüstan, Makedoniya, Moldova, Çernaqoriya (Monteneqro), Rusiya, Türkiyə, Ukrayna.

Asiya:

İndoneziya, İran, Qazaxıstan, Qırğızıstan, Malayziya, Fələstin, Qətər, Tacikistan, Özbəkistan, Banqladeş (sərhəddə), Kamboca (sərhəddə), İordaniya (sərhəddə), Laos (sərhəddə), Livan (sərhəddə), Makao (sərhəddə), Maldiv (sərhəddə), Nepal (sərhəddə), Şərqi Timir (sərhəddə).

Karib dənizi, Mərkəzi və Cənubi Amerika:

Antiqua və Barbuda, Baham adaları, Barbados, Kolumbiya, Ekvador, Haiti, Sent – Vinsent və Qrenadin Boliviya (sərhəddə), Dominika (sərhəddə), Yamayka (sərhəddə), Nikaraqua (sərhəddə).

Afrika:

Namibiya (sərhəddə), Kabo – Verde (sərhəddə), Komor (sərhəddə), Fildişi sahili (sərhəddə), Cibuti (sərhəddə), Qvineya-Bisau (sərhəddə), Madaqasqar (sərhəddə), Malavi (sərhəddə), Mavritaniya (sərhəddə), Mavriki (sərhəddə), Mozambik (sərhəddə), Seyşell (sərhəddə), Tanzaniya (sərhəddə), Toqo (sərhəddə), Uqanda (sərhəddə), Zimbabve (sərhəddə).

Okeaniya:

Mikroneziya, Vanuatu, Marşall adaları (sərhəddə), Palau (sərhəddə), Samoa (sərhəddə), Tuvalu (sərhəddə).

Xatırladaq ki, viza (lat. — icazə) — xarici pasportda və ya pasportu əvəz edən hər hansı digər sənəddə xüsusi icazə yazısıdır. Viza sahibinin ölkəyə girişi və orda qalması hüququnu təsdiq edir. Səlahiyyətli dövlət orqanları tərəfindən, adətən Konsulluq şöbələri, bəzi hallarda isə immiqrasiya xidmətləri tərəfindən birbaşa sərhəddə — aeroportda verilir. Viza adətən saxtalaşdırılmadan qorunmuş yapışqan kağız formasında, bəzi hallarda isə möhür formasında olur. Vizada növbəti qeydlər olur: vizanın qüvvədə olduğu müddətdə onun sahibinin qala biləcəyi ölkə və ya ölkələr; girişin ilk günü və qalmanın son günü tarixi; verilmə yeri və tarixi; vizanın növü yazılır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar