Azərbaycan Qətərə qoşun yeridir:  Türk mətbuatında gündəmi qarışdıran iddia

Azərbaycan Qətərə qoşun yeridir:  Türk mətbuatında gündəmi qarışdıran iddia
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Qətərə əsgər göndərmək haqqında qərarı  Pakistanı da hərəkətə gətirib.

Pakistanın Qətərə 20 mindən çox hərbi qulluqçu göndərəcəyi gözlənilir.

Türkiyə mətbuatda yayılan bəzi məlumatlara görə, Milli Məclisin deputatları Azərbaycanın da Qətərə hərbi yardım göndərməsi ilə bağlı müzakirələr aparacaq.

Hərbi ekspert Üzeyir Cəfərov bununla bağlı A24.Az-a açıqlama verib:

“Mən inanmıram, Azərbaycan Qətərə birbaşa canlı qüvvə göndərsin. Çünki Qətərdə istənilən an vəziyyət gərginləşə bilər. Qətərlə diplomatik əlaqələrini kəsən ölkələr, müdaxilə etmək istəyən müəyyən qüvvələr orada vəziyyəti gərginləşdirməyə, aranı qarışdırmağa çalışırlar. Həm də nəzərə almaq lazımdır ki, Azərbaycanla Türkiyənin imkanları, yaxud digər böyük dövlətlərin imkanları, resursları eyni deyil.

Azərbaycanın Qətərlə münasibətləri bu gün elə bir səviyyədədir ki, biz bu əlaqələri kəsə bilmərik. Digər ölkələrin iqtisadi, siyasi çətinlik yaşadığı dövrlərdə ölkəmiz həmin dövlətlərə müəyyən yardımlar göndərib. Eyni qayda ilə Qətərə də dəstək göstərə bilərik. Amma top-tüfəng göndərib, hərbçilərimizi hərbi əməliyyatlara cəlb edəcəklərini, risk altına atacaqlarını düşünmürəm. Milli Məclisdə müzakirələr aparıla bilər, hər hansı qərarlar qəbul oluna bilər. Amma bunun konkret hərbi qüvvə göndərilməsi ilə bağlı olacağına inanmıram.

Məsələnin ciddiliyini hər kəs dərk edir. Hələ yaxın günlərdə Qətərdə vəziyyət daha da gərgin məcraya yönələcək”.

Xəyalə Bünyatova // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Son Dəqiqə, Gündəm, Dünya, Siyasət, Media, Eksklüziv

Müzakirə

A24.Az