Azərbaycan Qran Prisi: Həftəsonu hava necə olacaq?

Azərbaycan Qran Prisi: Həftəsonu hava necə olacaq?
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda keçiriləcək mövsümün səkkizinci yarışı üçün yerli meteoroloqlar tərəfindən ilkin hava proqnozu elan olunub – paytaxtımızda həftəsonuna günəşli hava vəd edilir, lakin güclü külək komandaların işini çətinləşdirə bilər.

A24.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü səma buludsuz olacaq, temperatur +28 dərəcəyə çatacaq. Şənbə günü külək güclənəcək, termometrlər maksimum +29 dərəcəni göstərəcəklər. Yarışın keçiriləcəyi bazar günü isə külək bir qədər mülayimləşəcək, havanın hərarəti +28 dərəcəyə qədər qalxacaq. Həftəsonu ərzində yağıntı gözlənilmir.

Xatırladaq ki, keçən il Bakıda bütün sessiyalar quru havada baş tutmuşdu.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Formula1, İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar