Azərbaycan Rioda 4 yeni idman növü üzrə təmsil olunacaq

Azərbaycan Rioda 4 yeni idman növü üzrə təmsil olunacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya və XV Paralimpiya Oyunlarında Azərbaycan Olimpiya komandası böyük heyətlə – 56 idmançı ilə iştirak edəcək.

“A24.az” Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, idmançılarımızı çoxlu medallarla gözləyirik: “Braziliya ilə 8 saat vaxt fərqimiz var, həm də fəsil fərqi var. Bunların hamısının təsiri var. Komandanın bir hissəsi – cüdoçular artıq oradadır”.

A.Rəhimov deyib ki, Azərbaycan bu il Olimpiya Oyunlarında 18 idman növü üzrə iştirak edir. Onların 4-ü yenidir.

Nazirin sözlərinə görə, paralimpiyaçılar sentyabrda yola düşəcəklər: “İnanıram ki, paralimpiyaçılarımız çox yüksək nailiyyətlə geri qayıdacaqlar. Olimpiya Oyunlarında boyük tərkibdə komanda iştirak edir. Ona görə də Rio-de-Janeyrodakı Olimpiya kəndində komandamız xüsusi binada yerləşdiriləcək. Biz bildirmişik ki, həmin binanın tərtibatında bayrağımız və s. rəmzlərimizin hamısı olmalıdır. Avqustun 3-də Olimpiya kəndində idmançıların salamlanması tədbiri keçiriləcək və Azərbaycanın bayrağı qaldırılacaq”.

Qeyd edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçiriləcək. Azərbaycan beynəlxalq idman yarışlarında 56 idmançı ilə 17 idman növündə təmsil olunacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar