Azərbaycan şahmatçıları Avropa çempionatında Ermənistanı məğlub edib

Azərbaycan şahmatçıları Avropa çempionatında Ermənistanı məğlub edib
Want create site? Find Free WordPress Themes and plugins.

Yunanıstanın Krit adasında şahmat üzrə komandalararası Avropa çempionatının altıncı turu keçirilib.

A24.az APA-ya istinadən xəbər verir ki, kişilərdən ibarət yığmamız Ermənistan, xanım şahmatçılarımız isə Rumıniya millisi ilə qarşılaşıblar.

Kişilərdən ibarət yığmamız Teymur Rəcəbov və Rauf Məmmədovun qələbələri sayəsində Ermənistanı 2,5:1,5 hesabı ilə məğlub edib. Arkadiy Naydiç rəqibi ilə heç-heçə edib. Şəhriyar Məmmədyarov isə Levon Aronyana uduzub.

Qadınlardan ibarət yığmamız isə Rumıniyaya 1,5:2,5 hesabı ilə məğlub olub.

Hazırda ümumi hesabda kişilərdən ibarət yığmamız 9 xalla 3-cü, qadınlar isə 6 xalla 14-cü pillədə qərarlaşıblar.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar