“Azərbaycan Türkiyə xalqının qəlbini fəth etdi”

“Azərbaycan Türkiyə xalqının qəlbini fəth etdi”
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə Azərbaycanın, o cümlədən ölkə Prezidenti İlham Əliyevin Ankarada terror aktları baş verdikdən sonra Türkiyəyə səfər etdiyi çətin günlərdəki dəstəyini unutmayacaq.

“A24.az” Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatla çıxışında deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev terror aktından sonra Ankaraya səfər etməklə Türkiyə xalqının qəlbini fəth etdi: “Azərbaycan Prezidenti Ankaraya səfər etməklə bütün dünyaya həqiqi qardaşlıq və dostluğun nə olduğunu nümayiş etdirdi”.

Baş nazir ilk dəfə Bakıya 2003-cü ildə səfər etdiyini xatırladıb: “Bakı Prezident İlham Əliyevin sayəsində sürətlə inkişaf edir”.

Onun sözlərinə görə, təkcə Bakı deyil, Azərbaycanın digər şəhərləri də sürətlə inkişaf edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar