Azərbaycan və Türkiyə “şahinlər”i səmada birgə uçacaqlar

Azərbaycan və Türkiyə “şahinlər”i səmada birgə uçacaqlar
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan və Türkiyənin hərbi hava qüvvələri martın 7-dən 25-ə kimi “TURAZ Şahini-2016 ” adı altında hərbi təlimlərə başlayacaq.

“A24.az” xəbər verir ki, bu barədə Trend Türkiyə Silahlı Qüvvələrinin rəsmi saytına istinadən məlumat verir.

Məlumata əsasən, hərbi hava qüvvələrinin birgə təlimi Türkiyənin Konya vilayətində keçiriləcək.

Keçən il avqustun 22-dən sentyabrın 18-ə kimi Azərbaycan və Türkiyənin hərbi hava qüvvələri “TurAz Qartalı – 2015” adı altında ortaq hərbi təlimlər keçiriblər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar