Azərbaycan vətəndaşlığı məsələlərinə baxılması ilə bağlı Əsasnamədə dəyişikliklər edilib

Azərbaycan vətəndaşlığı məsələlərinə baxılması ilə bağlı Əsasnamədə dəyişikliklər edilib
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

A24.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”ni “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 24 iyun tarixli 302-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 9, maddə 539; 2006, № 2, maddə 82; 2008, № 3, maddə 168, № 8, maddə 713; 2009, № 7, maddə 532; 2010, № 9, maddə 770; 2015, № 6, maddə 700; 2016, № 5, maddə 866) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”nin 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. səkkizinci abzasa “vəsiqəsinin” sözündən sonra “və ya qaçqın statusu almış şəxslərə verilən qaçqın vəsiqəsinin” sözləri əlavə edilsin;

2. doqquzuncu abzas aşağıdakı redaksiyada verilsin:

“pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (həmin sənədlərə malik olmayan qaçqın statusu almış şəxslər istisna olmaqla);”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar