Azərbaycan yenidən çalışır ki, əraziləri tutsun, necə ki APRELDƏ...

Azərbaycan yenidən çalışır ki, əraziləri tutsun, necə ki APRELDƏ…
Want create site? Find Free WordPress Themes and plugins.

“İyulun 4-də təmas xəttində baş verən toqquşma, 2016-ci ilin aprel hadisələrindən sonra ən əhəmiyyətli hücum idi”.

“A24.Az” erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Regional Araşdırma Mərkəzinin rəhbəri, politoloq Riçard Kirakosyan mətbuata müsahibə zamanı səsləndirib. Onun sözlərinə görə, cəbhədə qarşıdurma faktları davamlı olaraq artır:

“Ən yaxın aylarda Azərbaycanın yeni hücum təhlükəsi arta bilər. Ümumiyyətlə cəbhədə baş verən gərginliklərin iki səbəbi var: Birincisi, hərbi taktika. Azərbaycan tərəfi istəyir ki, vəziyyəti kəskinləşdirsin. Bizim ayıqlığımızı daha da zəiflətsin. Nəticədə real hücumlar etdikdə, biz onu anlamayaq. İkinci isə Azərbaycan hərbi hücumlardan diplomatik prosesdə öz mövqelərinin möhkəmləndirmək məqsədi ilə istifadə edir”.

Jurnalistin “Azərbaycan yenidən tammiqyaslı hücuma hazırlaşır?” sualına politoloq cavabı bu cür olub: “Bəli, Azərbaycan yenidən çalışır ki, əraziləri tutsunlar. Necə ki, aprel hadisələrində bir qədər əraziləri tutmağı bacarmışdılar”, – deyə R.Kirakosyan əlavə edib.

Orxan Aslanlı

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar