Azərbaycan yığması Olimpiadaya vəsiqə qazandı

Azərbaycan yığması Olimpiadaya vəsiqə qazandı
Want create site? Find Free WordPress Themes and plugins.

Tunisdə təşkil olunan taekvondo üzrə lisenziya turnirinə bu gün yekun vurulub.

Hammamet şəhərində iki gün davam edən turnirdə iştirak edən Olimpiya yığmamız ölkəmizə növbəti lisenziyanı qazandırıb.

Belə ki, Argentinada baş tutcaq gənclərin Olimpiyadasına 44 kq şəki dərəcəsində mübarizə aparan xanım taekvondoçumuz, yeniyetmələr arasında I dünya birinciliyinin gümüş mükafatçısı (2014), klublararası avropa çempionatının bürünc (2015), klublararası avropa çempionatında gənclər arasında qızıl medalın sahibi (2018) və müxtəlif turnirlərin mükafatçısı Minayə Əkbərova yollanacaq.

Qeyd edək ki, bir gün fasilədən sonra (9 aprel) startı veriləcək dünya birinciliyində baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov Nihat Abbasov (45 kq), Yaşar Məmmədli (48 kq), Xanoğlan Kərimov (51 kq), Ayaz Qənbərli (55 kq), Cavad Ağayev (63 kq), Taleh Süleymanov (73 kq), Minayə Əkbərova (44 kq), Sevda Pirseyidova (49 kq) və Sahar Karghara (52 kq) şans verəcək.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar