Azərbaycan yük avtomobili istehsalını artırıb

Azərbaycan yük avtomobili istehsalını artırıb
Want create site? Find Free WordPress Themes and plugins.

2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 301 yük avtomobili istehsal olunub ki, bu da 2014-cü ilin eyni dövrünün göstəricisini 36,4 faiz üstələyir.

“A24.az”ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2015-ci ilin 10 ayının yekunu üzrə hesabatında deyilir.

Hesabata görə, qeyd edilən dövrdə Azərbaycanda 725 minik avtomobili istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 60,6 faiz azdır.

Cari ilin ilk 10 ayında ölkədə 896 traktor istehsal edilib. Bu, 2014-cü ilin analoji dövrünün göstəricisindən 17,3 faiz azdır.

Qeyd edək ki, Azərbaycanda nəqliyyat vasitələrinin istehsalı üzrə iki zavod – Naxçıvan və Gəncə avtomobil zavodları fəaliyyət göstərir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar