"Azərbaycana başqa seçim qoymadılar, yalnız müharibə" - Polkovnikdən MÜHARİBƏ ANONSU

“Azərbaycana başqa seçim qoymadılar, yalnız müharibə” – Polkovnikdən MÜHARİBƏ ANONSU
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistan Zəhranın faciəsini törətdikdən sonra daha da qeyri-konstruktiv mövqe tutub.

A24.Az bildirir ki, bunu Şərq.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. O bildirib ki, işğalçı dövlət rəsmiləri çıxışlarında Qarabağ mövzusuna sıra gəldikdə müxtəlif təkliflər ortaya qoyurlar:

“Şərt də qoyurlar ki, Azərbaycan razılaşmasa, danışıqlara getməyəcəklər. Zəhranın faciəsindən sonra humanistlik abu-havası yayılıb. Bütün dünya da buna münasibətini bildirib. Zəhranın başına gələnlər beynəlxalq qurumlarda, təşkilatlarda faciənin uşaqlarda əks olunan simvoluna çevrilib.

Ermənistan dövləti, işğalçı qurum hədə-qorxu ilə çıxış edirlər. Elə şərtlər qoyurlar ki, əvvəldən Azərbaycan bu şərtlə razı olmayacağını bildirib. Artıq Azərbaycan rəhbərliyi sülhdən söhbət belə getmədiyini anlayır. Bütün proseslər müharibəyə doğru gedir və Azərbaycana başqa seçim qoymurlar. Dövlətimiz gec-tez güc variantını seçməlidir və bununla öz torpaqlarını azad etməlidir.

Tarixə baxsaq, ermənilərin işğalçı addımlarını davam etdirdiyini görərik. Onlar 23 ildə zaman qazanıblar. Gərginlik artdıqda guya hansısa danışıqlar söhbəti aparırlar və Azərbaycanı danışıqlara getməməkdə günahlandırırlar. Ancaq bu formada danışıqlara getməyə də dəyməz. Çünki onların təklifləri əvvəldən qəbuledilməz olub və bunu təkrarlamağa ehtiyac yoxdur. Ölkə başçısı İlham Əliyev də düzgün mövqe tutub ki, danışıqlar konstruktiv olacaqsa, davam etmək olar. Belə olmayacaqsa, cəmiyyəti aldadıb, vaxt qazandırıb, məsələni uzatmağın mənası yoxdur. Çünki Azərbaycanda cəmiyyət artıq bu məsələ ilə əlaqədar Azərbaycan prezidentinin ətrafında sıx birləşib, öz birliyini, mövqeyini nümayiş etdirib”.

Polkovnik bildirib ki, heç bir beynəlxalq təşkilat, o cümlədən ATƏT-in Minsk qrupu münaqişənin həllinə getməyəcək:

“20 il onu göstərdi ki, torpaqlarımızı ancaq güc yolu ilə qaytara bilərik. Ermənilər də həmişə sözdən deyil, gücdən çəkiniblər. Azərbaycanın gücü isə göz qabağındadır. Silahlı qüvvələrin inkişafı və silahlanması üçün kifayət qədər silahlar alınır və artıq bu silahlar öz sözünü deməlidir. Azərbaycan yumruğunu vurub, işğalçı qüvvələri torpaqlarından qovmalıdır.

Ermənilər o zərbəni hiss etsələr, özləri çağıracaqlar və doğrudan konstruktiv addımlar atacaqlar. Bununla bərabər düşmənin havadarları ortaya çıxır və müxtəlif ifadələr səsləndirirlər. Bölgədə müharibə olması müəyyən dövlətlərin marağında deyil. Bilirlər ki, müharibə sosial problemlərin həllindən dövləti uzaqlaşdırır. Bundan istifadə edib, Azərbaycanı müharibə yoluna çəkib, zəiflətmək istəyənlər də var. Ancaq Azərbaycan vuran zərbəni elə qurmalıdır ki, müharibə uzun müddətli olmasın. Ölkə başçısının dediyi kimi qısa müddətdə zərbəni vurub, torpaqlarımızı işğaldan azad edib, qələbə bayrağını sancmalıyıq. Başqa çıxış yolu yoxdur”.

Ş.Ramaldanov əlavə edib ki, bütün çağırışlar, danışıqlar qabağı Ermənistan təxribatlara əl atır, vəziyyəti gərginləşdirir:

“Bu gün Zəhranın faciəsini yaşadıq, sabah başqa körpələrimiz eyni taleyi yaşayacaq. Çünki düşmənin mərmisinin nə vaxt, haraya atılacağını demək olmur. Bunun sonu artıq görünür. Hesab edirəm ki, artıq güc mexanizmi işə düşmək üzrədir. Yüzlərlə dəfə atəşkəsin pozulması da müharibə ab-havası haqqında fikir söyləməyə əsas verir”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar